Əlaqə Arxiv
news Image
2015.02.19
16:10
| A A A
Ulu öndərin ömür yolu vətənə və xalqa sədaqətlə xidmət etmək nümunəsidir

Səbail rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə XI sinif şagirdləri üçün "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında açıq dərslərin keçirilməsi davam edir. Dərslərin keçirilməsi Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahı və rayonun ən iri ali təhsil ocaqlarından olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunmuşdur.

Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunmuş, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilmişdir.

Səbail rayonunda keçirilən növbəti açıq dərs Azərbaycan Dövlət Pedaqoji Universitetinin zalında keçirilmiş, dərsdə rayonun müxtəlif orta məktəblərinin XI sinif şagirdiləri ilə yanaşı, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, pedaqoji işçilər, həmçinin universitetin müəllimləri iştirak etmişlər.

İlk öncə Universitetin prorektoru Rafiq Baxşəliyev məktəbliləri burada fəaliyyət göstərən Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyası ilə tanış etdi, universitetin 90 illik tarixi barədə məlumat verdi Ulu öndərin muzeydə nümayiş olunan fotoları, onunla bağlı digər sənədlər, xüsusilə də Heydər Əliyevin Dövlət Pedaqoji Universitetində keçirilən tədbirlərdə iştirakı ilə bağlı stendlər məktəblilərdə xoş təəssüratlar oyatmışdır. Açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir. Qeyd olunmuşdur ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş etmişdir. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqı sədaqətlə xidmət etmək nümunəsidir.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən digər açıq dərsdə Ümummilli liderin zəngin həyat yolu ilə tanış olan məktəblilər xüsusilə, ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük fəaliyyəti ilə əlaqədar fəaliyyətinə böyük maraq göstərmişlər. Məlumat verilmişdir ki, dahi rəhbər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində, işğal və parçalanmaq təhlükəsi ilə üzbəüz şəraitdə qalmış Azərbaycanda müstəqil dövlət quruğuluğu sahəsində fəaliyyəti ölçüyəgəlməz olmuşdur. Xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılmış və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılmışdır. Ulu öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olmuşdur.

Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın inkişafı və tərəqqisi istiqamətindəki fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.


Sizin Reklam Yeriniz