Əlaqə Arxiv
news Image
2015.02.20
07:45
| A A A
Broyler təsərrüfatlarına qarşı böyük təxribat

Bu gün dünya dövlətləri üçün əsas məsələlərdən biri də ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir. Bu istiqamətdə müvafiq addımlar atan Azərbaycan artıq bir çox məhsullara olan tələabıtını yerli istehsal hesabına ödəyir. Ölkəmizdə bir çox ərzaq məhsulları üzrə yerli istehsal tələbatdan artıq olduğundan onun ixracı da həyata keçrilir. Təbii ki, bu da iqtisadi cəhətdən Azərbaycanın daha güclü dövlətə çevrilməsinin real təsdiqidir. Lakin ölkənin bu uğurlarını qəbul etəmyənlər, buna qarşı müəyyən təbliğat aparnalara da rast gəlmək olur. Hər halda uş əti ilə bağlı sosial şəbəkələrdə yayılan bir çarx bu qənaətə gəlməyə əsas verir.

Qeyd edək ki, sosial şəbəkələrdə quşçuluq müəssisələrində istehsal olunan quş ətinin maye vurulmaqla çəkisinin artırılması ilə barədə qısa videoçarx yayılıb. Ekspertlər isə bunun birmənalı şəkildə təxribat, yerli broyelər təsərrüfatına qarşı yönəlik hərəkət olduğunu bildirir. Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev də naməlum şəraitdə çəkilmiş videoçarx quşçuluq təsərrüfatına qarşı fitnəkarlıq olduğuun vurğulayır. Aydın Vəliyev bildirib ki, yalan informasiya nəticəsində quşçuluq məhsullarının satışı kəskin faiz azalıb: "Broyler istehsalından xəbərdar olmayan bir çox istehlakçılar bu yalan informasiyalara inanıb və quşçuluq məhsullarının satışı 20, bəzi təsərrüfatlarda isə 30 faiz azalıb". Bunad isə müəyyən maraqlı qüvvələrin olması istisna deyil.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd deir ki, bəzi informasiyalar cəmiyyətdə mənfi rəylər formalaşdırır: " Digər tərəfdən istehlakçılara düzgün olmayan informasiyanın verilməsi amili də istisna olunmur. Azərbaycan xalqı yerli məhsulları istifadəyə daha çox üstünlük verməlidirlər. Çünki yerli məhsullarda daha az kimyəvi qatqılar olur. Hər gün bununla bağlı olaraq Azad İstehlakçılar Birliyinə fabriklərin fəaliyyəti ilə bağlı zənglər olunur. Gərək quşçuluq fabrikləri bununla bağlı olaraq öz qapılarını sərbəst araşdırmalara açsınlar. Bütün bunlara baxmayaraq, Azərbaycanda istehsal olunan quşçuluq məhsulları ekoloji olaraq təmiz, kimyadan azad və sağlamdırlar. İstehlakçılar da yerli məhsullara və broyler fabriklərinin məhsullarına üstünlük verməlidirlər. Çünki onlar ekoloji cəhətdən təmizdir. Kimyəvi maddələr daha az qarışdırılır".

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı Ramil Salmanov da deyir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib: "Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir".

Hazırad xüsusi maraq dairəsində olan məsələlərdən biri də yerli istehsal hesabına quşçuluq məhsullarına olan tələbatın tam ödənilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq 2014-cü ildə 99.4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64.1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 milyard ədəd təşkil edib. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur, həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır. Onu da bildirək ki, yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunması bu sahədə milli brendlərin və istehlakçıların bu məhsullara inamının formalaşmasına səbəb olub. İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Şahin Nağıyev isə istehlak bazarında quş ətinin bütün keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdiyini bildirir. Məhz bütün bunlar onu göstərir ki, toyuqların maye vurlumaqla şişirdilməsini göstərən və naməlum şəraitdə çəkilmiş videoçarx quşçuluq təsərrüfatına qarşı həqiqətən də fitnəkarlıqdır. Bunu hansı məqsədlə edildyinin üzə çıxması üçün məsələyə müvafiq dövlət strukturlarını da müdaxiləsi vacib sayılır.

Sizin Reklam Yeriniz