Əlaqə Arxiv
news Image
2015.02.20
00:30
| A A A
Novruz bayramında neçə gün iş olmayacaq?
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib. Movqe.az- Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən qəbul edilib.

8 mart tarixinin şənbə gününə təsadüf etdiyini nəzərə alsaq, Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart qeyri-iş günü olacaq.



Sizin Reklam Yeriniz