Əlaqə Arxiv
news Image
2015.02.20
13:18
| A A A
Abort etdirən ana öldü – Bakıda

Bakıda qadın məsləhətxanasında ölüm hadisəsi baş verib. Hadisə Xətai rayonu Vunq Tau küçəsi 13 ünvanında yerləşən 10 saylı Qadın Məsləhətxanasında qeydə alınıb.Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günəş Cəmil qızı Ustayeva abort olunmaq üçün qadın məsləhətxanasına gəlib. G.Ustayeva abort masasına çıxmamış dünyasını dəyişib.İlkin məlumata görə, G. Ustayeva üzərində abort keçirilməsinə anası tərəfindən məcbur edilsə də, son anda buna razı olmayıb.10 saylı Qadın Məsləhətxanasının baş həkimi Gülnarə Həsənova Günəş Ustayevanın qadın məsləhətxanasında ölməsi faktını təsdiqləyib: "Prokurorluq əməkdaşları hazırda poliklinikadadır. Həmin qadın burda xəstəlik tarixçəsi açdırandan sonra

qəflətən ölüb. Qadına bizim tərəfimizdən heç bir müdaxilə olunmayıb. Hadisə 15 dəqiqə bundan qabaq olduğuna görə, bizdə başqa məlumat yoxdur". (APA)

Sizin Reklam Yeriniz