Əlaqə Arxiv
news Image
2015.02.22
17:00
| A A A
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Vaşinqton və onun müttəfiqləri Rusiya ilə bağlı yeni sanksiyaların mümkünlüyünü müzakirə edirlər, Dövlət Katibi John Kerry britaniyalı müttəfiqi Philip Hammond ilə gürüşü zamanı deyib.

"Biz oyun oynamaq fikrində deyililk", cənab Kerry bəyan edib. O əlavə edib ki, son bir neçə gün ərzində Rusiyanın davranışı "tamamilə arsız" olub.

"Biz əlavə sanksiyalar barədə, əlavə səylər barədə danışırıq və mən əminəm ki, yaxın günlər göstərəcəklər ki, biz bu oyunu oynamaq ... və bu son dərəcədə qorxaq davranışda iştirak etmək fikrində deyilik", John Kerry deyib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiyaya qarşı "hər hansı təzyiq göstərmək" mümkünlüyü barədə "heç kimin illüziyaları olmamalıdır".

Fevralın 12-də Minskdə şərqi Ukraynada atəşkəs barədə razılaşma imzalanmışdı, lakin hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.


Sizin Reklam Yeriniz