Əlaqə Arxiv
news Image
2015.02.23
11:23
| A A A
Bakıda 6 nəfər buzda sürüşərək xəsarət aldı
Paytaxtda qarın yağması Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasına (TTYS) xəsarətlə bağlı edilən müraciətlərin sayını artırıb. Bu məlumatı Movqe.az-a TTYS-nın baş həkiminin müavini Oqtay Şahmalıyev verib. O.Şahmalıyev deyib ki, təcili yardıma hava şəraiti ilə bağlı müraciətlər 5 faiz artıb: "Adi günlərdə sutkada 1800 müraciət daxil olurdusa, ötən sutka bu müraciətlərin sayı 1900-ə çatıb".

O. Şahmalıyev bildirib ki, hava şəraiti ilə bağlı 6 nəfər qarda sürüşərək xəsarət aldığından TTTYS-a müraciət edib: "Onlardan 4-nə hospitalizasiya edilib. 2-nə isə yerindəcə tibbi xidmət göstərilib".

O. Şahmalıyev ehtiyac olmadığı hallarda yaşlı insanların, hamilə qadınların və əli uşaqlı qadınların bayıra çıxmasının məsləhət görülmədiyini deyib.  


Sizin Reklam Yeriniz