Əlaqə Arxiv
news Image
2015.02.23
11:31
| A A A
İmtahanla bağlı yeni xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib. TQDK-dan Movqe.az-a verilən xəbərə görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəranda, ümumilikdə 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib. Bütün binalarda imtahan təlimata uyğun olaraq keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.Qeyd olunub ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, imtahan prosesinə orta ümumtəhsil müəssisələrindən cəlb olunmuş nəzarətçi müəllimlər, AMEA və ayrı-ayrı dövlət strukturlarından olan imtahan rəhbərləri imtahan mərkəzlərinə mütəşəkkil qaydada vaxtında gəlib və prosesin təlimata uyğun olaraq aparılmasında öz üzərilərinə düşən vəzifəni lazımi qaydada yerinə yetiriblər. Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin ediblər. Daxili İşlər Nazirliyinin, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, eləcə də Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının peşəkarlığı çətin hava  şəraitində imtahan prosesinin tələb olunan səviyyədə keçirilməsində mühüm rol oynayıb. TQDK rəhbərliyi imtahan prosesində komissiya ilə əməkdaşlıq edən zal nəzarətçilərinə, imtahan rəhbərlərinə və yuxarıda adları qeyd olunan qurumlarının əməkdaşlarına öz dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, fevralın 23-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanacaq. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.


Sizin Reklam Yeriniz