Əlaqə Arxiv
news Image
2015.02.23
18:15
| A A A
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yol polisi paytaxtın bəzi küçə və prospektlərinin bağlanması ilə əlaqədar sürücülərə müraciət edib.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Movqe.az-a verilən məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən "Ana harayı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət xanım Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.


BŞDYPİ vətəndaşlara göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.

Sizin Reklam Yeriniz