Əlaqə Arxiv
news Image
2015.02.23
18:30
| A A A
"Bu spekulyantların işidir"

"Biz qlobal dünyada yaşayırıq. İstənilən halda dolların, avronun məzənnəsi dəyişəndə real həyata təsirini göstərəcək".


Movqe.az xəbər verir ki, bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Fuad Muradov bildirib.


Deputat hesab edir ki, yerli istehsal olunan məhsulların bahalaşmaması üçün dövlət tərəfindən ciddi nəzarət olmalıdır: "Biz bunu Milli Məclisdə təklif edəcəyik. Burada, mənim fikrimcə, xüsusi işçi qrupu yaradılmalıdır ki, bu məsələ tənzimlənsin. Arada spekulyantlar da mövcuddur. Onlar da bu vəziyyətdən istifadə edərək öz maraqlarını güdürlər".


Fuad Muradov hesab edir ki, yaranmış vəziyyətdən spekulyasiya məqsədi ilə istifadə edilməsinin qarşısı alınmalıdır.


"Ona görə də dövlətin ciddi müdaxiləsinə ehtiyac var. Düşünürəm ki, dövlətin ciddi müdaxiləsi öz təsirini göstərəcək və spekulyantların qarşısı alınacaq. Azərbaycanda istehsal olunan məhsullar qalxmasın. Düzdür, burada nəqliyyat xərcləri var. Ancaq un məmulatları, çörək və yerli istehsal olan başqa məhsullarda bahalaşma olmamalıdır", - millət vəkili vurğulayıb.

Sizin Reklam Yeriniz