Əlaqə Arxiv
news Image
2015.02.24
19:00
| A A A
Binəqədi rayonunda Xocalıdan olan şəhid və məcburi köçkün ailələri ilə görüş keçirildi

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon bələdiyyəsi tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirildi. Görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin başsağlığı çatdırıldı. Sakinlərin problemi dinlənildi, onları narahat edən məsələlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirildi. Xocalı soyqırımında həm fiziki, həm də mənəvi terrora məruz qalmış insanlarla görüş zamanı onlar mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd etdilər. Məcburi köçkünlər erməni qəsbkarlarının törətdiyi bu soyqırıma məhz Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini vurğuladılar. Xocalılılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Sonda Rayon İcra Hakimiyyəti və Binəqədi rayon bələdiyyəsi tərəfindən Xocalıdan olan şəhid və məcburi köçkün ailələrinə humanitar yardım göstərildi.























Sizin Reklam Yeriniz