Əlaqə Arxiv
news Image
2015.02.24
11:45
| A A A
TQDK Apellyasiya Komissiyası yaratdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının fevralın 22-də keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Bakalavrlar Apellyasiya komissiyasına 24-25 fevral tarixlərində saat 10-dan 17-dək şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Sizin Reklam Yeriniz