Əlaqə Arxiv
news Image
2015.02.24
12:25
| A A A
"Bahalaşma məntiqsizdir"

"Dolların bahalaşması ilə Azərbaycanda bəzi malların bahalaşmasını məntiqli hesab eləmirəm. Çünki bu, dünyada gedən bir prosesdir. Azərbaycanda milli valyutanın qiyməti aşağı düşürsə, bu proses başqa ölkələrdə də gedir. Ona görə də bahalaşma üçün heç bir əsas yoxdur".


Movqe.az xəbər verir ki, bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.


Onun sözlərinə görə, bu, qlobal bir prosesdir və dünyanın hər yerində nəhəng hadisələr baş verir. Dolların bahalaşması da Azərbaycanın iradəsindən deyil, dünyada baş verən proseslərdən asılıdır.


"Mən bahalaşma hələ ki, görməmişəm", - deyən millət vəkili bildirib ki, dövlət qiymət manipulyasiyalarının qarşısını almaq üçün tədbirlər görür və görəcək.

Sizin Reklam Yeriniz