Əlaqə Arxiv
news Image
2015.02.24
15:10
| A A A
Şeyx Ərəsbistan kralının tədbirində çıxış edib

Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin himayəsi "Terrorizmə qarşı mübarizə" adı altında keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədi ilə 21-24 fevral 2015-ci ildə Məkkədə səfərdə olub.

Movqe.az xəbər verir ki, QMİ-dən "Qafqazinfo"ya verilən məlumata görə, konfransda çıxış edən Hacı Allahşükür Paşazadə terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edib. 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Hacı Allahşükür Paşazadənin İslam Aləmi Liqasının Baş katibi Abdullah bin Əbdüllmühsin Əl-Türki ilə təkbətək görüşü olub. Görüş zamanı Azərbaycana səfərini məmnunluqla xatırlayan Əl-Türki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə maraqlanıb, ölkəmizin bu istiqamətdəki haqlı mövqeyni bir daha dəstəklədiyini dilə gətirib.

Sizin Reklam Yeriniz