Əlaqə Arxiv
news Image
2015.02.24
15:16
| A A A
Ziyafət Əsgərov: “Qarbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar...”
Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin deputatı Yevda Abramov Böyük Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə Bakıya "Qəhrəman şəhər" statusunun verilməsi barədə təklif edib. Movqe.az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatın bu təklifini yüksək qiymətləndirib. Z. Əsgərov deyib ki, əslində Böyük Vətən Müharibəsinin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük idi: "Təəssüf ki, M.Qarbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, Qanlı 20 yanvar, Xocalı Soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Narişkinin qarşısında bu məsələni qaldırmışdı. Hərhalda bu məsələnin həlli Rusiyadan asılıdır. Yəni, bu məsələ kifayət qədər müzakirəyə çıxardılıb".
Sizin Reklam Yeriniz