Əlaqə Arxiv
news Image
2015.02.24
15:55
| A A A
Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb

Azərbaycanda televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb. Movqe.az xəbər verir ki, bununla bağlı Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib.Dəyişikliklərə əsasən, qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək cərimə ediləcək. Bundan başqa, teleradio yayımı sahəsində xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulmasına görə də cərimələr eyni məbləğdə təyin olunub.Nəzərdə tutulan dəyişikliklər sanksiyaların sərtləşdirilməsi məqsədilə edilir.

Qeyd edək ki, dəyişikliklər səsvermədən sonra qəbul edilib.


Sizin Reklam Yeriniz