Əlaqə Arxiv
news Image
2015.02.24
16:05
| A A A
Qaçarkən diqqətli olun

Qaçmaq sağlam həyatın ilk şərtlərindən biridir.

Movqe.az xəbər verir ki, ancaq şüursuz edilən qaçışlar əzilmələrə səbəb ola bilər. Xüsusən kilolu olduğunu düşünən insanların "mən mütləq arıqlamalıyam", - deyərək 10 km-lik qaçışlara birdən-birə başlaması diz, ayaq ağrısı ilə geri qayıtmasına səbəb olur.

Ağrının səbəbi sümüyün birdən-birə artıq yüklənməyə məruz qaldığında şişkinlik yaranmasıdır.


Ani uzun qaçışlara diqqət edin!


Birdən-birə uzun məsaafəni qaçmaqdansa 1 km-dən başlayan tempi və məsafəsi zamanla artan qaçışlar edin. Bədəndə sümük yıxıcı və sümük formalaşdıran hüceyrələr var. Birdən-birə qaçmaqdansa heç qaçmamaq yaxşıdır. Stress qırığı yarana bilər.


Evin içində gəzinməniz idmanla eyni deyil!


Sallana-sallana dəniz sahilində, evdə idman edirmiş kimi gəzinmək idmanla eyni təsiri verməz. Templi qaçış isə əzələ yaradır. Kilo verərkən, verdikdən sonra da qaçmalısız. Bu, bədən sallanmasının qarşısını alır.

Qaçarkən üzmə, pilates, fitness kimi fəaliyyətlərlə də məşğul olun.

Sizin Reklam Yeriniz