Əlaqə Arxiv
news Image
2015.02.24
17:35
| A A A
Ölkəmizin haqq səsi dünyanın hər yerinə çatdırılmalıdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.


Ədəbiyyat İnstitutunun və AMEA-da yaradılmış "Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları" Komissiyasının birgə keçirdiyi tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu soyqırımını təkcə Azərbaycan xalqına deyil, bütünlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımına ilk dəfə tarixi-siyasi qiymət verdiyini xatırladan akademik İsa Həbibbəyli bu gün də dövlət rəhbərliyi səviyyəsində soyqırımı qurbanlarının xatirəsinin daima əziz tutulduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki səylərini qeyd edən İsa Həbibbəyli Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın 100-dən çox ölkəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Akademik bir çox ölkələrdə "Xocalıya ədalət!" kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib.

Sizin Reklam Yeriniz