Əlaqə Arxiv
news Image
2012.08.06
18:57
| A A A
II qrup üzrə keçid balı 150 bal oldu
İmtahanın nəticələri TQDK-nın saytında yerləşdirilib

Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb və TQDK-nın rəsmi internet saytında yerləşdirilib. II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu barədə Lent.az-a TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, avqustun 3-də II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.

Sizin Reklam Yeriniz