Əlaqə Arxiv
news Image
2015.02.25
09:40
| A A A
Mənzil bazarında qiymət paradoksu
Rövşən Talıbzadə: “Manatın məzənnəsinin aşağı düşməsi mənzillərin qiymətinin də azalmasına səbəb olmalıdır”

Son günlərdə Azərbaycanda işgüzar kütlənin pullarını xaricdə və Bakıda əmlaka yatırmağa başladığı müşahidə edilməkdədir. Burada manatın devalvasiyanın d amüəyyən təsirlərinin olması istisnalıq təşkil etmir. Bel əfikirlər də səslənir ki, pullarını dollara çevirən bir sıra iş adamları vəsitlərini real iqtisadiyyata yatırırlar. Bu fonda daxildə və xaricdə pullar əsasən daşınmaz əmlaka yatırılır.

Qeyd edək ki, manatın ucuzlaşması daşınmaz əmlak bazarında da öz güclü təsirini göstərməyə başlayıb. Mənzillərin manatla qiymətləri orta hesabla 25% artıb. Maklerlər bildiriblər ki, ev, mənzil almaq istəyənlər çoxalıb, nəticədə 20-30%-lik bahalaşma əmələ gəlib.

Ancaq "Əmlak Ekspert Mərkəzi"nin nümayəndəsi Rövşən Talıbzadə "Mövqe"yə açıqlamasında bildirdi ki, hazırda mənzil bazarında vəziyyət söylənilən kimi deyil: "Yəni, bu gün mənzil bazarında tələb artmayıb. Əksinə, hazırda ölkədə əmlak satışı dondurulmuş vəziyyətdədir. Bir çox alqı-satqı şirkətləri satışın olmadığını, mənzillərin sahiblərinin gözləmə mövqeyində olduğunu bildirirlər. Heç kəs hazırkı vəziyyətin nə cür olacağını proqnozlaşdıra bilmir. Hətta ipoteka kreditləşməsi və ya nağd alqı-satqıda behləşənlər belə öz behlərini geri qaytarmaqdan çəkinmirlər. Beh alanlar ikiqat behi geri qaytarırlar. İkinci bir qism şəxslər isə satışa manatla çıxardığı mənzili artıq dollarla satmağa üstünlük verib. Düzdür, ilk növbədə mənzil satışının dayandırdıqlarını söyləyirlər. Göründüyü kimi, bütün bunların fonunda mənzil bazarda tələbatın artdığını söyləmək olmaz. Xüsusi ilə bu günlərdə alan da, satan da gözləmə mövqeyindədir".

Ekspertin sözlərinə görə, əslində, manatın məzənnəsinin aşağı düşməsi mənzillərin qiymətinin də azalmasına səbəb olmalıdır: "Çünki, bu gün əhalinin mənzil almağa tələbatı aşağı düşüb. Ümumiyyətlə, 2013-cü ilin ikinci rübündən bu günə qədər bazarda alqı-satıq prosesi çox zəifləyib. Manatla bağlı belə bir vəziyyətin gəlib çıxması durğunluğu daha da dərinləşdirib. Ona görə də əslində, ölkədə daşınmaz əmlakın qiyməti düşməlidir. Amma təəssüflər olsun ki, iqtisadiyyatın digər sahələrində baş verən qiymət artımları mənzillərin də qiymətinin artmasını şərtləndirir. Hazırda qiymətlərin artmasını ilkin və eyni zamanda ikinci mənzil bazarına aid etmək olar. Çünki, son iki gündə idxal edilən tikinti materiallarının qiymətində artım var. Satıcılar bilirlər ki, nisyə götürdükləri məhsulların pulunu dollar vasitəsi ilə qaytaracaqlar. Ona görə də tikinti materiallarının qiymətinin atması da bütövlükdə mənzillərin qiymətinə təsir edib".

Sizin Reklam Yeriniz