Əlaqə Arxiv
news Image
2015.02.24
17:42
| A A A
Parlamentdə qalmaqal- Ziyafət Əsgərovla Fəzail Ağamallı arasında mübahisə düşdü

"Elm haqqında" qanun layihəsinin parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı qalmaqal yaşanıb.

Movqe.az-ın xəbərinə görə, buna səbəb millət vəkili Fəzail Ağamalının qanun layihəsinin müzakirəsi zamanı səsləndirdiyi bəzi fikirlər olub. Millət vəkili çıxışında iddia edib ki,  bu qanunun qəbulu ilə ancaq Azərbaycan elmi ölü nöqtəsindən tərpənə bilər.İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun millət vəkilinin xüsusilə, bu fikrinə etirazı sərt olub:"Fəzail müəllim, sizin çıxışınıza şərh vermək istəmirəm. Amma demək ki, bu qanunun qəbulu ilə Azərbaycan elmi ölü nöqtədən tərpənəcək, bu, düzgün deyil. Azərbaycanda elm var və inkişaf edir".Sonra isə birinci vitse-spikerlə millət vəkili arasında belə bir  dialoq baş verib.

Ziyafət Əsgərov:  Fəzail müəllim, əgər Azərbaycanda elm yoxdursa, diplomu haradan almısınız?"

Fəzail Ağamalı: "Diplomu sovet dövründə almışam".

Ziyafət Əsgərov: "Onda gedin Sovet dövlətində oturun. Belə demək düzgün deyil, axı?!".

Digər millət vəkili Aytən Mustafayeva da deputat həmkarına etiraz edib.

"Azərbaycanda Elmlər Akademiyası ölməyib. Azərbaycan da elm də var, alim də. Amma bizdə elm adamlarına münasibət başqadır-həmin münasibət dəyişməlidir. Çox təəssüflər olsun ki, bizdə elm adamlarına hörmət yoxdur",   - deyə, o, sözlərinə əlavə edib.

 

Sizin Reklam Yeriniz