Əlaqə Arxiv
news Image
2015.02.24
18:34
| A A A
Deputat: "Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir"
"Elmi nəticələrin istehsalata tətbiqini elm sahəsində müasir, innovativ yeniliklərsiz təsəvvür etmək mümkün deyil. İstedadlı işçilərin elmə cəlb edilməsi də təqdim olunan qanun layihəsinin əsas maddələrindən birini təşkil edir".Movqe.az  xəbər verir ki, bunu Milli Məclisin Elm Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev parlamentin bu günkü iclasında "Elm haqqında" qanun layihəsi ilə bağlı keçirilən müzakirələrdə söyləyib. Ş.Hacıyev qeyd edib ki, Azərbaycan elmində yaşı çox olan şəxslər gəncləri üstələyir. "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki elmi-tədqiqat mərkəzlərində, elmi müəssisələrdə və universitetlərdə fəaliyyət göstərən, 50 yaşa kimi olan bütün elm xadimlərinin sayı 50 yaşdan yuxarı olan elm adamlarının sayından 6 dəfə azdır: "30 yaşlı fəlsəfə doktorlarının sayı 30 faiz təşkil edir. Gördüyünüz kimi, vəziyyət bir qədər təhlükəlidir. Qanun layihəsində elmi fəaliyyətin maliyyələşməsi məsələsi çox ciddi mərhələ kimi qarşımızda dayanıb. Biz bu məsələ ilə bağlı demək olar ki müəyyən ortaq məxrəcə gəlmişik, ancaq hələ də müəyyən fikir ayrılıqları mövcuddur. Deputat qeyd edib ki, "Elm haqqında" qanun layihəsində müəllimlərin, alimlərin, elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar öz əksini tapıb: "Hətta magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi də nəzərdə tutulub. Bunlarla yanaşı, elmin özünü maliyyələşdirməsi mexanizmləri də qanun layihəsində nəzərdə tutulub". Onun sözlərinə görə, elmə çəkilən xərclərin təqribən 90 faizi dövlət büdcəsi hesabına ödənilir: "Bu göstəriciyə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Yəni elmə ayrılan vəsaitə görə ölkəmiz birinci yerdə durur. "Elm haqqında" qanunu digər qanunlardan fərqləndirən bir çox xüsusiyətlər var. Bu qanunu işləöyərkən gördük ki, hüquqi yükü nə qədər ağırdırsa, elmi yükü də bir o qədər ağırdır".
Sizin Reklam Yeriniz