Əlaqə Arxiv
news Image
2015.02.25
14:00
| A A A
Polislərlə müəllimlər qırğına çıxdılar: onlarla yaralı var

Meksikanın Akapulko şəhərində polis əməkdaşları ilə müəllimlərin qarşıdurması olub.


Movqe.Az RİA Novosti-yə istinadən bildirir ki, hadisə nəticəsində ən azı 12 nəfər yaralanıb. Məlumatı yerli "Jordana" qəzeti yayıb.


Məlumata əsasən, ötən gün dövlət tədris müəssisələrində çalışan 4.5 min nəfər müəllim şəhər küçələrində etiraz aksiyasına çıxıb. Onlar əmək şəraitlərinin yaxşılaşdırılmasını tələb ediblər, o cümlədən İquala şəhərində tələbələrin yoxa çıxmasına etirazlarını bildiriblər. Etirazçılar əsas magistral yollardan birini bağlayaraq yerli hava limanına soxulmağa çalışıblar.


Polis etiraz edən müəllimlərin qarşısını ala bilib. Bundan sonra müəllimlər polis kordonuna hücum edərək asayiş keşikçilərinə daş və taxta parçaları atıblar.

Sizin Reklam Yeriniz