Əlaqə Arxiv
news Image
2015.02.26
14:43
| A A A
Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla davam edir. Rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədənkeçmə qrafiki tərtib olunub. Qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu tədqirdə profilaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir.Suraxanı rayonun 212300 əhalisinin və rayonda məskunlaşmış 21858 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. 25 fevral 2015-ci il tarixədək Suraxanı rayonunda 44 minə yaxın vətəndaş və 43-dən çox kollektiv tibbi müayinədən keçib. 1875 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 98 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilib.24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov məlumat verdi ki, Xəstəxana 2014-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün Xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisəmiz 38862 nəfər böyük əhaliyəvə 13219 uşağa xidmət edir. Xəstəxanamıza gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər. 25 fevral 2015-ci il tarixədək 9500 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 865 nəfəri rentgen, 434 nəfəri USM aparatından 1582 nəfəri laboratoriya və 285 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 350 nəfərərində xəstəlik aşkar olunub və 13 nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə,uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Qaraçuxur qəsəbəsi Yeni Günəşli "AB" yaşayış sahəsinin sakini Qasımova Mehranə 24 nömrəli BŞX-nın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək dövlət başçısının bu təşəbbüsünün tədqirə layuq olduğunu xüsusi vurğuladı. Yeni Günəşli "D" yaşayış sahəsinin sakini Bayramova Aygün Kamil qızı bildirdi ki, bütün tibbi müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.

Sizin Reklam Yeriniz