Əlaqə Arxiv
news Image
2015.02.26
15:30
| A A A
Sarkisyan toya getdi, cəncələ düşdü

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda iştirak etdiyi bir toya görə Avropa insan haqları məhkəməsinə verilə bilər.


Movqe.az-ın məlumatına görə, Sünik vilayətinin qubernatoru Surik Xaçatryanın oğlunun toyunda baş nazir Ovik Abramyan və ədliyyə naziri Ovanes Minasyan da iştirak ediblər.


Məsələ bundadır ki, qubernatorun evinin yanında öldürülmüş Avetik Budaqyanın vəkili Hayk Alumyan məsələ ilə bağlı Ermənistan prezident administrasiyasına sorğu göndərib. Vəkilə bildiriblər ki, onun bu cür məlumatları almağa səlahiyyəti yoxdur.


Avetik Budaqyan 1 iyun 2013-cü ildə Surik Xaçatryanın evinin yanında öldürülüb. Onun Surik Xaçatryanın oğlu tərəfindən öldürüldüyü güman edir. Məsələ ilə bağlı Surik Xaçatryan 2013-cü ildə işdən çıxarılmışdı. Lakin Serj Sarkisyan 2014-cü ildə onu vəzifəyə geri qaytarıb. Üstəlik, oğlunun toyunda da iştirak edib. İndi Avetik Budaqyanın ailəsi Avropa insan haqları məhkəməsinə müraciət etmək istəyir.


Başqa cür ola bilməz. Normal ali təhsili olmayan Surik Xaçatryan Serj Sarkisyanın hələ 1988-ci ildən cinayət ortağıdır. O vaxt Surik Xaçatryan Dağlıq Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutan "Erkrap" silahlı birləşməsində komandir olub. Onun bu cinayətkar fəaliyyəti 1994-cü ilə qədər davam edib.

Sizin Reklam Yeriniz