Azərbaycan Ağsaqqallar Şurası
Xocalısoyrımının 23-cü ildönümü ilə əlaqədar "Xocalı"
abidəsi önündə anım tədbiri keçirib. Movqe.az xəbər verir
ki, Azərbaycan Ağsaqqallar Şurasının
rəhbərliyi bəşər tarixinə öz vəhşiliyinə və qəddarlığına görə ən
qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımının
törədilməsindən 23 il ötdüyünü, illər keçsədə bu faciə ağırlığı,
dəhşəti ilə digər cinayətlərdən fərqləndiyini dilə gətirib.
Azərbaycan Ağsaqqallar Şurasının
rəhbərliyi, sədr müavinləri, tibb elmləri doktoru, akademik Südeyf
İmamverdiyev, akademik Teymur Bünyadov, İşlər müdiri Yaqub
Meydiyev, Cavanşir Qasımov, Abşeron rayon Ağsaqqallar Şurasının
sədr müavini Həmid Hacıyev və şuranın digər üzvləri, Azərbaycan
Ağsaqqallar Şurasının həftəlik mətbu orqanı olan "Türk Dünyası
Ağsaqqalları" qəzetinin Baş redaktoru Ramin Əhmədov, Baş redaktorun
müavini Şərafət Şəfa, redaktor Qadir Əliyev, məsul katib Cəfər
Quliyev, xüsusi müxbir Turan Hacıyeva Xocalı faciəsinin acı
taleyini özündə təcəssüm etdirən "Ana və uşaq" heykəlini ziyarət
ediblər. Heykəlin qarşısına böyük ehtiramla əklil qoymuş, tər
çiçəklər düzmüşlər. Hər il olduğu kimi bu il də Azərbaycanda, eləcə
də dünyanın hegamon dövlətlərində, - Türkiyə Cumhuriyyətində,
Amerika Birləşmiş Ştatlarında, Fransada, Böyük Britaniyada,
Yaponiyada, Kitayda, Rusiya Federasiyasında, Hollandiyada və digər
ölkələrdə fəaliyyət göstərən Azərbaycan diospora təşkilatları
Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər
keçirmişlər və Xocalı faciəsini dünya xalqlarının diqqətinə bir
daha çatdırmışlar: " Dünyada bənzəri olmayan Xocalı faciəsi
bəşəriyyət tarixində görünməməş hadisədir. Erməni faşistləri Xocalı
hadisələri zamanı uşağa, qocaya, qadına belə rəhm etməmiş, günahsız
insanları amansızca qətlə yetirmişlər. Lakin dünyanın bəzi ölkələri
bu hadisələrə çox təssüflər olsun ki, ikili standartlardan
yanaşırlar, ədalətin gözünə düz baxmaq istəmirlər. 26 Fevral
1992-ci il tarixində rus - erməni qoşun birləşmələri Xocalı
şəhərini amansızcasına darmadağın edərək, Dağlıq Qarabağın və ətraf
rayonların işğal olunmasına zəmin yaratdı.Bu hadisə o zaman hökumət
nümayəndələri tərəfindən dəstək almayan milis işçilərinin silahları
əllərindən alınmış,yerli əhalidən ov tüfəngləri belə əllərindən
alınmış, bu da yerli əhalidə bir ruh düşgünlüyü, süsgünlük
yaratmışdır. Azərbaycan xalqı Xocalı faciəsinin törətdiyi
dəhşətlərin ağrı-acısını yaşadı və zaman- zaman yaşayacaq.
Ermənistanla sərhəd rayonlarda və Dağlıq Qarabağda sakinləri öz
el-obalarını balta, dəhrə, yaba və ağaclarla silahlanaraq
gecə-gündüz dağlarda, soyuqda, qarda, boranda keşik çəkirdilər.
Bizim xalqımızın faciəsi üzərində ikinci dövlət qurmaq istəyən
ermənilər bütün vasitələrdən istifadə edərək, Qarabağ torpaqlarına
sahib çıxmaq istəyirlər. Hansısa bir dövlətdə hansısa bir erməninin
dost -tanışı, məmur və yaxud nazir, dövlət başçısı olsa ermənilər
elliklə bu tanışlıqdan bəhrələnməyə çalışırlar. Yalnız öz
ölkələrinin mənafeyi naminə belə addımlar atırlar,
var-dövlətlərindən, şəxsi gəlirlərindən keçirlər. Bu hal istər
Rusiya Federasiyasında, istər Amerika Birləşmiş Ştatlarında,
istərsə də Fransada olsun onlar üçün heç bir fərqi yoxdur. Ataların
bir misalı bu yerdə yada düşür: "Haqq incələr ancaq üzülməz".
Xocalı faciəsi gec-tez öz qiymətini alacaq və ədalət qələbə
çalacaq. Dünya xalqlarının əksəriyyəti haqqın, ədalətin tərəfində
olduqlarını bəyan edirlər və bundan sonra da haqq -ədalət tərəfində
olan xalqların, dövlətlərin sayı artacağına inanırıq".