Əlaqə Arxiv
news Image
2015.02.26
17:50
| A A A
“Koroğlu” metrostansiyası ərazisində yerləşən avtobus dayanacaqları köçürülə bilər

"Koroğlu" metrostansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Qara Qarayev metrostansiyasının ətrafı və Bakıxanov qəsəbəsinə köçürülməsi məsələsi hələ də təklif edilən variantlardan biri olaraq qalmadadır". Bunu movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirdi: "Hələli bu təklif üzərində müzakirələr gedir. Əgər reallaşarsa, Bakıətrafından gələn avtobusların həmin istiqamətdə birbaşa metro çıxışlarına hərəkət etmələri təmin olunacaq".

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün Nəqliyyat Nazirliyində Tədbirlər Planı hazırlandığını bildirmişdi. Tədbirlər Planında nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün Nizami rayonu "Koroğlu" metrostansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, Qara Qarayev metrostansiyası ətrafına köçürülməsi daxil edilib.

Sizin Reklam Yeriniz