Azərbaycanda "boz ay"a xas hava şəraiti hökm sürəcək
Bakıda yağıntılı hava şəraiti sabah da davam edəcək, martın 6-dan
isə hava əsasən yağmursuz olacaq, temperatur nisbətən
yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Movqe.az-a verilən məlumata görə, martın 5-də
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Martın 6-da isə gündüz saatlarında 8-11 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında martın 5-də arabir yağış,
dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz
ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda
gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.