Avropa Birliyi öz ordusunu yaradacaq
Avropa Birliyi yaxın vaxtlarda öz ordusunu yarada bilər.
Movqe.az publika.az-a istinadən
xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Ursula fon
der Lyayen deyib.
Onun sözlərinə görə, ümumi Avropa silahlı qüvvələrinin yaradılması
Avropa siyasətini gücləndirməyə imkan verəcək.
Ursula fon der Lyayen bildirib ki, ümumi Avropa silahlı qüvvələri təhlükəsizlik sahəsində Avropa siyasətini möhkəmləndirməyə icazə verəcək.
"Bu cür layihələrin reallaşması vaxt tələb edir və tələsmək lazım
deyil. Amma Avropa Birliyinin milli müstəqilliyi üçün hərbi
qüvvələrin yaradılmasının vacibliyinə əminik. Misal üçün, Şengen
vizasının tətbiqi ümumi Avropa əmək bazarının yaranmasına səbəb
oldu. Avropanın gələcəyi çoxmillətli əməkdaşlıqdan keçir".