Movqe.az ictnews.az-a istinadən xəbər verir ki, kibercinayətkarlar internet bankların loqin və parollarını oğurlamaq üçün yeni üsul ("WhatsApp" proqramının sadəlövh istifadəçilərini aldatmaq) tapıblar
"Məktubda, guya, "WhatsApp"ın rəsmi saytına yönəldən istinad var. Əslində istinadın üzərinə "maus"la sıxan istifadəçi "WhatsAppInstall.exe" icra olunan faylını yükləmiş olur. Bu ad altında "Win32/TrojanDownloader.VB.QRM" troyan virusu gizlənir" – ekspertlər bildiriblər.
"Windows" əməliyyat sisteminə yükləndikdən sonra sözügedən troyan internet banklara giriş üçün qeydiyyat məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş başqa zərərli proqram sistemi yükləyir.
"Eset" antivirus şirkətinin mütəxəssisləri təyin ediblər ki, bu zərərli proqram Braziliyada yaradılıb.
2015-ci ilin yanvarında "WhatsApp" öz messencerinin veb-versiyasını buraxıb. Ancaq istifadəçilər heç bir proqram yükləməli deyillər. Messencer istənilən başqa veb səhifə kimi birbaşa brauzerdə açılır.