Əlaqə Arxiv
news Image
2012.08.10
11:57
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 32-36 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, avqustun 12-də bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 25-30 dərəcə isti olacaq. 
Tibbi-meteoroloji proqnozlara görə avqustun 10-dan 12-si gündüzədək Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir.
Sizin Reklam Yeriniz