Əlaqə Arxiv
news Image
2015.03.11
16:45
| A A A
Türkiyə 632 milyonluq qırıcılarını zibilliyə atır

Türkiyə nəhayət əsgərlərin ölümünə səbəb olan F-4 qırıcıları ilə bağlı qərar verib.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri, ordu generalı Abidin Ünal F-4 təyyarələrinin sabahdan etibarən istifadəsinin dayandırılacağını açıqlayıb.

Qeyd edək ki, Türkiyə 1998-2003-cü illərdə 632 milyon dollar ödəyərək F-4 təyyarələrini İsraildə modernizasiya etdirib. 2002-ci ildən bu yana isə Türkiyənin 12 F-4 təyyarəsi qəzaya uğrayıb, 15 pilotu şəhid olub. Düşən 12 təyyarənin hamısının İsraildə modernizasiya edildiyi bildirilib. F-4 qırıcıları son olaraq isə martın 5-də Konyada qəzaya uğrayıb.

Sizin Reklam Yeriniz