Əlaqə Arxiv
news Image
2015.03.11
18:00
| A A A
Masazırda qarşıdurma

100-dən çox ağac kəsən şəxlə sakinlər arasında insident baş verib.

Abşeron rayonunda ağacları kütləvi şəkildə qırırlar.

Movqe.az xəbər verir ki, bu barədə ANS PRESS-in "Qaynar xətti"nə məlumat verilib. Verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

"Bu gün səhər saatlarından başlayaraq, Masazır qəsəbəsində, Heydər Əliyev küçəsində şam ağaclarını kütləvi şəkildə qırıblar. 100-dən çox şam ağacı kəsilib. Onlara mane olmağa çalışdıq, amma bacarmadıq", - deyə şikayətçi bildirib.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, həmin ünvana nazirliyin əməkdaşları göndərilib.

"Ağac kəsimilə bağlı verilən informasiyanı dəqiqləşdirmək üçün qeyd edilən ünvana əməkdaş göndərdik. Məsələni araşdırıb, nəticəsini bildirəcəyik", - deyə İradə İbrahimova bildirib.

Sizin Reklam Yeriniz