Əlaqə Arxiv
news Image
2012.08.10
14:07
| A A A
Ermənistanın baş hərbi komissarı vəzifəsindən azad edilib
Ermənistanın baş hərbi komissarı Sergey Çalyan vəzifəsindən azad edilib. APA-nın məlumatına görə, Ermənistan prezidentinin mətbuat xidməti məlumatı təsdiqləyib. Sergey Çalyan prezident Serj Sərkisyanın fərmanı ilə vəzifəsindən azad edilib. 

Qeyd edək ki, avqustun 1-də "Aykakan Jamanak" qəzeti yüksək vəzifəli üç hərbçinin işdən azad olunması barədə məlumat yayıb. Onların arasında bu gün işdən çıxarıldığı təsdiqlənən baş hərbi komissar Sergey Çalyandan başqa Baş Qərargah rəisinin müavini, general-leytenant Valeri Qriqoryanın və Müdafiə Nazirliyinin təşkilat-səfərbərlik idarəsinin rəisi polkovnik Arakel Martikyanın da adları var.
 
Sizin Reklam Yeriniz