Ebola virusundan ölənlərin sayı 10 mini keçib
Qərbi Afrikada yayılmış "Ebola" virusundan ölənlərin sayı 10 mini keçib.Movqe.az-ın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 24 mindən çox insanın bu xəstəliyə yoluxduğu bildirilib. Ən çox ölüm halı üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada qeydə alınıb.