Əlaqə Arxiv
news Image
2012.08.10
20:16
| A A A
9 illik təhsil bazasından orta ixtisas müəssisələrinə ərizə qəbulu davam edir

"Bu gün saat 10:00-dək 13829 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizəsini təsdiq etdirib". Bunu Lent.az-a açıqlamasında TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. 

E. Nağızadənin sözlərinə görə, 2012-ci il avqustun 24-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. Ərizələrin qəbulu internet vasitəsilə avqustun 1-dən etibarən aparılır. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent" jurnalının 4-cü sayında dərc olunub: "Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 20-dək ixtisas kodunu seçə bilər. Abituriyentlər internetlə elektron ərizə formasını doldurduqdan sonra tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər". 
Qeyd edək ki, cari ildə 9 illik təhsil bazasında 47 orta ixtisas təhsili müəssisəsində ayrılan plan yerlərinin sayı 10404-dür. Onlardan 4866 dövlət sifarişi üzrə, 5538 yer isə ödənişli əsaslarladır. 

Sizin Reklam Yeriniz