Əlaqə Arxiv
news Image
2015.03.13
15:00
| A A A
Masallıda “Gənclərin vətənpərvərlik tərbiyəsi və onların hərbi xidmətə hazırlığı” mövzusunda dəyirmi masa keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Təhsil şöbəsinin dəstəyi ilə Gənclər Mərkəzində "Gənclərin Vətənpərvərlik tərbiyəsi və onların hərbi xidmətə hazırlığı" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açmışdır. Rayonun gənclər rəhbəri bildirmişdir ki, M üstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Hazırda torpaqlarımızın bir qismi işğal altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır. Təbii ki, hər bir millətin gələcəyi uşaqlara və gənclərə bağlıdır. İnsanın mənəvi və fiziki sağlamlığında, vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı gənc nəslin mənəvi saflığını təmin edir. Gənc nəslin sağlamlığının təmin edilməsində, vətənin müdafiəsinə hazır olan mərd, cəsur insanlar kimi yetişməsində idmanın, bədən tərbiyəsinin də əvəzsiz rolunun olduğunu bildirib.

Sonra d əyirmi masa tədbirini Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov, müharıbə vetiran, Masallı rayon ehtiyyatda olan zabitlər konfederasiyası sədrinin birinci müaviniı Cəmaləddin Məmmədov çıxış edərək bildiriblər ki, vətənpərvərliyin mühüm əlamətlərindən biri olan hərbi-vətənpərvərlik tərbiyəsi məktəblilərə doğma vətəni dərin məhəbbətlə sevməyi öyrətməlidir. Eyni zamanda, məktəblilərdə vətən torpaqlarına göz dikənlərə qarşı amansız olmaq, vətən uğrunda sona kimi döyüşmək kimi keyfiyyətləri tərbiyə etməlidir. Hərbi-vətənpərvərlik tərbiyəsi tələb edir ki, gənc nəsil, xüsusilə yuxarı sinif şagirdləri vətənin xidmətində dayanmağa orta məktəb illərində hazırlansınlar. Bu istiqamətdə aparılan tərbiyəvi işlər elə qurulmalıdır ki, hərbi xidmətə hazırlaşan hər bir gənc bunun üçün iftixar hissi duysun. Şagirdlərdə milli mənlik şüurunun inkişaf etdirilməsi onların müstəqil dövlətimizə sadiq vətəndaş kimi yetişməsinə zəmin yaratsın. Unutmaq olmaz ki, vətənin taleyi üçün məsuliyyət hissinə sahib olmaq, hərbi bilik və vərdişlərə yiyələnərək iradəlik, mərdlik və qəhrəmanlıq kimi xüsusiyyətlərə yiyələnmək hər bir gəncin müqəddəs vəzifəsi olmalıdır.

Sizin Reklam Yeriniz