Əlaqə Arxiv
news Image
2015.03.14
19:08
| A A A
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 14-ə endirib

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası faiz dərəcəsini 15-dən 14-ə salmaq barədə qərar qəbul edib.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə,"Metallinvestbank"-ın təhlilçisi Sergey Romançuk bu addımın gözlənilən olduğunu bildirib.

"Nominal dərəcənin endirilməsinə rəğmən pul kütləsi sürətlə artmır və Mərkəzi Bank hələ ki, aşırı inflyasiya təhlükəsini görmür", ekspert əlavə edib.

Qeyd edək ki, ilin əvvəlində faiz dərəcəsi 2 faiz endirilib.Ötən ilin dekabr ayında isə rublun kəskin ucuzlaşmasından sonra bank dərəcəni 17 faizə qaldırmaq barədə qərar qəbul etmişdi.Kommersiya bankları üçün dövlət kreditlərinin dəyərini müəyyən edən faiz dərəcəsi bazar iqtisadiyyatının ən mühüm göstəricilərindən birini təşkil edir.


Sizin Reklam Yeriniz