Əlaqə Arxiv
news Image
2015.03.15
15:04
| A A A
Azərbaycanı “Eurovision”- da təmsil edəcək ifaçı müəyyənləşib

Azərbaycanı bu ilki Eurovision Mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı bu gün açıqlanacaq.

 

Movqe.az xəbər verir ki, bu barədə İctimai Televiziyanın rəsmi internet səhifəsində məlumat verilib. Məlumata görə, martın 13-də Azərbaycanı bu ilki Eurovision Mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib.

 

İctimai Televiziyanın Baş Direktoru Cəmil Quliyev və nümayəndə heyətinin başçısı Tamilla Şirinovanın da, daxil olduğu münsiflər heyəti ölkəmizi Eurovision Mahnı Müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçıların, Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov arasından ölkənin bu ilki təmsilçisini müəyyən ediblər.

 

Qalib ifaçının adı 15 martda açıqlanacaq.

Sizin Reklam Yeriniz