Əlaqə Arxiv
news Image
2015.03.16
15:36
| A A A
Rəsmi açıqlama:"19-20 mart tarixlərinə bilet satılıb qurtarıb"

"Novruz Bayramı günlərində- 20-28 mart tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında  fasiləsiz iş rejimi təşkil ediləcək. Bütün istiqamətlərdə relslərə əlavə vaqonlar qoşulacaq. Movqe.az-a bu məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov verib: "İş adamlarının zərərinə çatdırırıq ki, vaqonların yüklənməsi və boşaldılması prosesində bayram günlərində  fasilələr olmayacaq. Əsasən qərb istiqamətinə sıxlığı nəzərə alıb Bakı-Tiflis istiqamətinə vaqonlar daha çox qoşulacaq. Eyni zamanda bayramı günlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Sərnişin daşımaları Departamentinin kollektivi  sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək".

N. Əzməmmədov artıq indidən 19-20-i mart tarixlərinə bütün reyslərə biletlərin satıldığını bildirib.  

Sizin Reklam Yeriniz