Əlaqə Arxiv
news Image
2015.03.16
17:16
| A A A
Bayram şəkərburaları da saxtalaşdırılıb
Mənsim Babayev: "Əgər həmin resepturada şəkərburanın içinə qoz ləpəsinin vurulması göstərilibsə, istehsalçı buna da əməl etməlidir"

Novruz xonçasının bəzəyi sayılan bayram şəkərburalarının keyfiyyəti ilə bağlı şikayətlər var. Alıcıların Movqe.az-a verdiyi məlumata görə, bəzi şirniyyat sexlərində şəkərburanın içliyinə qoz-fındıq ləpəsi əvəzinə ucuz başa gələn başqa məmulatlar qatılır. Alıcıların sözlərinə görə, şəkərburaların içliyinə çəkilmiş noxud, lobya kimi paxla məhsulları qatılır. Şirniyyat sexləri bu yolla şəkərburanın maya dəyərini azalmasına nail olurlar. 

Şirniyyat sexlərində istehsal olunan saxta bayram şəkərburası və paxlavası ərzaq dükanlarında da satışa çıxarılır. Şirniyyat sexlərinin məhsulları əsasən marketlərdə satışa çıxarıldığından, alıcıların marketlərdə də saxta şəkərbura, paxlava ala bilmə ehtimalı var. Mütəxəssislər isə bayramı atributlarından olan şəkərbura və paxlavanın içliyinin resepturadan kənara çıxmasının qanunsuz olduğunu deyirlər.  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin rəhbəri İmran Abdullayev bunun yolverilməz olduğunu söyləyir: "Bu alıcıların aldadılmasıdır. Dədə-babadan şəkərburanın içinə fındıq, badam ləpəsi, paxlavaya isə qoz ləpəsi vurulub. İndi bu çərəzlərin qiyməti baha olduğundan işbazlar içliyin daha ucuz başa gəlməsi üçün müxtəlif üsullara əl atırlar. Bu yolverilməzdir. Əgər şəkərburanın içinə yer fındığı, lobya qatırlarsa bunu  mütləq şirniyatın üzərində qeyd etməlidirlər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 

texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev  də bayram şirniyyatlarının resepturaya uyğun hazırlanmalı olduğunu deyir. Onun sözlərinə görə, şəkərbura, paxlava şərq şirniyatları sayıldığından, onlar AZS101 standartı ilə tənzimlənir: "Amma onların resepturası ilə bağlı standart yoxdur. Hər bir şirniyyat müəyyən reseptura əsasında hazırlanır. Və həmin reseptura Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən tənzimlənir. Həmin şirniyyatın saxlanılma müddəti də məhz həmin resepturaya əsasən məhsulun içərisinə qatılan yağın miqdarına uyğun tənzimlənir. İstehsalçının borcudur ki, məhsulu təsdiqlənən resepturaya uyğun hazırlasın. Əgər həmin resepturada şəkərburanın içinə qoz ləpəsinin vurulması göstərilibsə, istehsalçı buna da əməl etməlidir. Ucuz başa gəlməsi üçün başqa çərəzlərdən, tərəvəz qırıntıları qatırsa qanunu pozmuş olur".   


Sizin Reklam Yeriniz