Azərbaycanın ictimai-siyasi həyatının inkişafında kütləvi informasiya vasitələrinin ən vacib rol oynayan institutlardan biri kimi çıxış etməsi danılmaz həqiqətdir. Ölkənin yeni müstəqillik tarixi Azərbaycanda tamamilə yeni zəmində fəaliyyət göstərən media orqanlarının yaranması ilə müşayiət olundu, eyni zamanda bu tarixi yaradan tərəflərdən biri də məhz media özü oldu.
Qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın yeni media tarixinə adını həkk etdirə bilən mətbu orqanlar sırasında 16 yaşını qeyd edən "Mövqe" qəzeti də var. Bu müddət ərzində fəaliyyət göstərə bilməsi qəzetin keçdiyi inkişaf yolunun uğuru da sayıla bilər. Heç şübhəsiz ki, fəaliyyətimizin bugünə qədər davam etməsində həlledici məqam qəzetimizin oxucu auditoriyası olub. Nəfərəhli haldır ki, qəzetin hələ də çoxminli oxucu auditoriyası var və məhz bunun sayəsində "Mövqe" hər gün həm çap, həm də elektron variantda oxucularının görüşünə gəlir. Bir daha göstərilən qayğıya, diqqətə görə, cəmiyyətə, dövlətə öz minnətdarlığımızı bildiririk. Budiqqət isə heç şübhəsiz ki, qəzetin hələ bundan sonra da uzun illər fəaliyyət göstərəcəyinə birmənalı əminlik yaradır.