Əlaqə Arxiv
news Image
2015.03.21
09:05
| A A A
Martın 21-nə olan hava proqnozu

Martın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Movqe.az bildirir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahavanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındahava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, bəzi yerlərdə 12°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahavanın gün ərzində əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, bəzi yerlərdə 17°-dək isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındahava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, bəzi yerlərdə 15°-dək isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 17°-dək isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındagün ərzində əsasən yağmursuz hava müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16°-dək isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 9°-dək isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz