Uyğurlar həbsdə qaldı
Tayland məhkəməsi Türkiyə pasportları olan 17
uyğurun həbsdə saxlanması barədə qərar qəbul
edib.
Movqe.az Milli.Az-a istinadən bildirir ki, Çinin qərbindəki türkdilli azlıqdan olan uyğurları ötən il Taylandın cənubunda həbs etmişdilər.
Onları sərhədin qanunsuz keçilməsində ittiham edirlər.
Pasportları onlara Türkiyə verib, lakin Çin iddia edir ki, uyğurlar Taylanda Sincandan keçdikləri üçün onlar Çinin hüquq-mühafizə orqanlarına təslim edilməlidirlər.
Ekspertlərin fikrincə, Banqkok hazırda Pekinlə münasibətlərini
yaxşılaşdırmağa çalışır və sözü gedən uyğurların Türkiyəyə deyil,
Çinə veriləcəyinin ehtimalı daha böyükdür.