Əlaqə Arxiv
news Image
2015.04.01
14:28
| A A A
Müdafiə Nazirliyi hərbi hissədəki hadisəyə aydınlıq gətirdi

Müdafiə Nazirliyi Bakıda hərbi hissədə baş verən silahlı insidentə aydınlıq gətirib

Mövqe.az APA-ya istinadən xəbər verir ki, martın 31-də saat 13:30 radələrində 3 nəfər mülki şəxs əllərində soyuq silahla (bıçaq) Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsindəki silah-sursat anbarları yerləşən ərazinin iki hasarını keçərək, mühafizə olunan və qadağan olunmuş sahəyə daxil olub.

Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərinə uyğun olaraq görülən tədbirlər nəticəsində əraziyə qeyri-qanuni daxil olan şəxslərdən ikisi tələblərə tabe olaraq dayanıb. Üçüncü şəxs tələblərə tabe olmadığından və havaya xəbərdarlıq atəşindən sonra hərəkəti davam etdirdiyinə görə ona qarşı silah işlədilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, məlum hadisə ilə bağlı APA-nın yaydığı məlumata görə, "Xaşaxuna bağları" adlanan ərazidə yaşayan Şahverdiyev Zəfər Çıraq oğlu martın 31-dən aprelin 1-nə keçən gecə güllələnib. Nəticədə o, xəstəxanada dünyasını dəyişib.

Sizin Reklam Yeriniz