Bu gün Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə
təqsirli bilininən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Samir
Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Movqe.az-ın məlumatına görə, hakim Əlövsət
Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə
hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Həsənov 16 il müddətinə
azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyulun 12-də Biləcəri qəsəbəsində peşəkar
boksçular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov
və onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. Bıçaq Fəridin
arterial qan damarını kəsdiyindən həyatını xilas etmək mümkün
olmayıb. Şəhriyar isə xəstəxanaya yerləşdirilib.Qardaşları
bıçaqlayan S.Həsənov da peşəkar boksçudur. Dövlət orqanlarından
birində mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə
düşüb. Mübahisəyə isə deyilənə görə tərəflərdən birinin digərinin
arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə
qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı
çıxararaq qardaşları vurub. Şəhriyar isə pnevmatik tapança
çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri
Samirin bədəninin müxtəlif yerlərinə dəyib.Onu da əlavə edək ki,
hər üç şəxs bir idman zalında məşq edirmişlər.