Ramazan ayı ilə əlaqədar Nazirlər Kabinetinin işçilərinə mükafat ayrılıb
Azərbaycan Nazirlər Kabinetinin Aparatı və
xidmət heyəti işçilərinə mükafat ayrılıb.APA-nın məlumatına görə, bu barədə baş
nazir Artur Rasizadə sərəncam imzalayıb. Belə ki, Ramazan bayramı
ilə əlaqədar, Nazirlər Kabinetinin Aparatı və xidmət heyəti
işçiləri, Nazirlər Kabinetinə 2012-ci il üçün ayrılmış "Əməyin
ödənilməsi ilə bağlı sair pul ödənişləri" fondu hesabına aylıq
vəzifə maaşının 50 faizi məbləğində mükafatlandırılıb.