Əlaqə Arxiv
news Image
2012.09.03
11:18
| A A A
Sentyabr ayına olan hava proqnozu
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Yağıntıların Respublika ərazisində ay ərzində qeyri-bərabər paylanması proqnozlaşdırılır. 
Aylıq yağıntının Respublika üzrə miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacağı gözlənilir. 
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20, gündüzlər 24-29 dərəcə isti təşkil edəcək, bəzi günlərdə temperatur 33 dərəcəyədək yüksələcək. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 14-19, ayın sonunda 10-14, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir. 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə 23-26 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19, gündüzlər 22-27 dərəcə isti olacaq, bəzi günlərdə 29-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 10-15, gündüzlər 20-25, bəzi günlərdə 27-30 dərəcəyədək yüksələcək. 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir. 
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti olacaq, bəzi günlərdə 32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 20-22, dağlarda 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-19, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, bəzi günlərdə 29-32 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Sizin Reklam Yeriniz