Əlaqə Arxiv
news Image
2015.06.02
16:20
| A A A
Azərbaycandan Həcc ziyarəti üçün təklif olunan ucuz yerlər artıq dolub
Azərbaycanlı zəvvarlar üçün bu il Həcc ziyarətinə təklif olunan iki variantdan nisbətən ucuz yerlər artıq dolub.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Movqe.az-a verilən məlumata görə, təxminən 1500-dən çox zəvvar 4700 ABŞ dolları dəyərində olan səfər xidmətinə sənəd verib.

Bildirilib ki, nisbətən baha, 5750 dollarlıq səfər xidməti üçün də yerlər məhduddur və yaxın 20 gündə dolması gözlənilir.

Xatırladaq ki, bu il ümumilikdə Azərbaycana Həcc ziyarəti üçün 3700 nəfərlik yer ayrılıb.

Qeyd edək ki, hər il olduğu kimi, bu il də zəvvarlara ziyarətin iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır.

Sizin Reklam Yeriniz