Əlaqə Arxiv
news Image
2015.06.02
17:57
| A A A
Teletənqidçidən treninqə gəlməyən aparıcılara: ""Buxarlanmaları"ndan məyus olduq..."

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Teleaparıcılar üçün iki həftəlik treninqlər"də bəzi telekanallardan aparıcıların treninqə davamlı gəlməməsi təlimçilərin narazılığına səbəb olub. Bununla bağlı sosial şəbəkədəki hesabında status yazan teletənqidçi, İnstitutun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli "TV-lərdən treninqə gelen aparıcıların, redaktor ve prodüserlərin əksəriyyətinin öyrənmək həvəsi bizləri çox məmnun etdi. Bəzi həmkarlarımızın ilk təlimdən sonra "buxarlanmaları"ndan isə məyus olduq... Hər halda bu istiqamətdə gərəkli bir addım atıldı" sözlərini yazıb. Movqe.az-a bu barədə danışan Q. Məhərrəmli bildirib ki, peşəkarlıq məsələsinin intizama dəxli yoxdur. O, intizam məsələsinə Milli Televiziya və Radio Şurasının baxdığını söyləyib: "Hər halda vaxt, imkan olduğu qədər aparıcıların bu cür treninqlərdə iştirak etməsi vacibdir. Mən demirəm ki, bu treninqdən sonra aparıcıların dillə bağlı bütün qüsurları aradan qalxacaq. Amma hər halda çox şey öyrənə bilərlər dilin incəlikləri, diksiya ilə bağlı".

Q. Məhərrəmli hələ də mavi ekranlarda dil qüsurları olan, dilimizin incəliklərindən xəbərsiz aparıcıların olduğunu söyləyib.

Sizin Reklam Yeriniz