Əlaqə Arxiv
news Image
2015.06.03
16:38
| A A A
Rufiz Qonaqov TRT Bakı təmsilçisi ilə görüşdü

"Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov bu gün Türkiyə Radio - Televiziya Kurumunun Bakı təmsilçisi Yıldıray Arslanı qəbul edib. Movqe.az-a "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Mətbuat Xidmətindən verilən xəbərə görə, görüşdə Rufiz Qonaqov Koalisiyanın gördüyü işlər haqqında qonağa ətraflı məlumat verib, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı TRT-nin bu istiqamətdə görəcəyi işlərlə maraqlanıb.TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin olduqca mühim və tarixi hadisə olduğunu bildirərək , bu oyunların türkiyə telekanallarındada geniş təbliğ olunduğunu , Bakıda keçiriləcək bu oyunlara Türkiyə xalqınında böyük marağının olduğunu bildirib. Eyni zamanda görüşdə qərara alınıb ki, TRT və "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası bu Bakı-2015 Birinci Avropa Oyunları keçirildiyi müddətdə yaxından əməkdaşlıq etsin. Görüşün sonunda "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov TRT-nin Bakı təmsilçisi Yıldıray Arslana Koalisiya adından Birinci Avropa Oyunlarının geyimini və xatirə nişanını təqdim etmiş öz növbəsində, qonaq Yıldıray Arslanda Rufiz Qonaqova TRT-nin simvolik hədiiyələrini təqdim etmişdir. 



Sizin Reklam Yeriniz